
DUVAQis. 1. etnoqr. Gəlin gedən qızın üzünü örtən tül örtü. Gül düxtərinin ərusi yetmiş; Gülgün duvağın başına örtmüş. Xətayi. Artıq Gülzarı başında ağ duvaq qapıdan çıxarırlardı. C.Cabbarlı.
// Ümumiyyətlə, keçmişdə qadınların başlarına taxıb üzlərini gizlətdikləri şəffaf örtü. Zülf töküb üzə dilbər; Çıxıbdır düzə dilbər; Duvaq salın üzünə; Gəlməsin gözə dilbər. (Bayatı). Yanağın yanında zülfə tov vermiş; Ucun sancmış tər duvağın üstündən. M.P.Vaqif. 2. məc. Təşbehlərdə “örtü” mənasında. Qapqara bir duvaqla örtülmüşdür göy saray. R.Rza. Paylaşın - Hamı bilsin
|