İzahlı lüğət

DURULMAQ

f. 1. Duru olmaq, duru hala gəlmək, saf və təmiz hala düşmək. Bulanıq suya zəy vurulanda durulur. - Araz buruldu, getdi; Suyu duruldu, getdi; Mən dedim, yar incidi; Demə yoruldu, getdi. (Bayatı). Boz səhralar çiçək açır, sular durulur; Dağlar üstə dağlar qoyur insan hünəri. S.Vurğun.
Axıcı hala düşmək, sıyıqlaşmaq. Bəkməz isinəndə durulur. Mum əriyəndə durulur.
məc. Aydınlaşmaq, açılmaq. Hava durulur. - Gecə yarı günəş doğur.. zülmət durulur. S.Vurğun. Dünənki bərk qardan sonra gün çıxmış, hava durulmuşdu. Mir Cəlal.
məc. dan. Açılışmaq, halı yaxşılaşmaq, rəngi açılmaq. - Gəl əyləş, mey içək, keflər durulsun; Koroğlu çağırır dövrana səni. “Koroğlu”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed