DİNAMİTLİ (ID - 9896)sif. xüs. Dinamiti olan. Dinamitli bomba.
|
DİNAMİZM (ID - 9897)[yun.] bax dinamiklik.
|
DİNAMO (ID - 9898)[yun.] bax dinamomaşın.
|
DİNAMO-MAŞIN (ID - 9899)[yun. dynamis və fr. machine] Daimi elektrik cərəyanı hasil edən maşının köhnə adı; elektrik generatoru.
|
DİNAMOMETR (ID - 9900)[yun. dynamis və metreo
ölçürəm] tex. Dartı qüvvəsini və fırlanma momentini ölçmək üçün cihaz. |
DİNAR (ID - 9901)is. [ər.] 1. tar. Yaxın Şərqin bəzi ölkələrində qızıl pul. [Əli xan] dirhəm və dinar təmənnasında olmayıb. M.F.Axundzadə. [Qızıltac:] Mən hökmdarın xəzinəsinə düz iyirmi min dinar vermişəm. M.Hüseyn.
// İranda: xırda... |
DİNC (ID - 9902)sif. 1. Başqasını narahat etməyən, əziyyət verməyən, yalnız öz işi ilə məşğul olan; sakit. Məmmədhəsən əmi dinc adamdır. C.Məmmədquluzadə. Yox, qardaş,.. uşaq çox dinc uşaqdır. S.Rəhman.
□ Dinc buraxmamaq - narahat... |
DİNC-DİNMƏZ (ID - 9903)bax dinc 1-ci mənada. Dinc-dinməz adam. Qoyunlar çəməndə dinc-dinməz (z.) otlayır.
|
DİNCƏLDİCİ (ID - 9904)sif. Dincəlməyə, rahatlanmağa, sakitləşməyə imkan verən; dincəldən, sakitləşdirən.
|
DİNCƏLİŞ (ID - 9905)is. Dincəlmə, istirahət.
|
DİNCƏLMƏ (ID - 9906)“Dincəlmək”dən f.is.
|
DİNCƏLMƏK (ID - 9907)f İstirahətlə öz qüvvəsini bərpa etmək, yorğunluğunu almaq, istirahət
etmək, dincini almaq, rahatlanmaq. [Məşədi Mürsəl:] Buyur, içəri gəl, gəl dincəl, yorulmusan.. T.Ş.Simurq. Ovdakı yorğunluğun da, dincəlməyin də başqa... |
DİNCƏLMƏZ (ID - 9908)sif. Dinclik bilməyən, rahatlıq bilməyən, aram bilməyən.
|
DİNCƏLTMƏ (ID - 9909)“Dincəltmək”dən f.is.
|
DİNCƏLTMƏK (ID - 9910)f 1. Sakit etmək, rahatlandırmaq. Uşaqları dincəltmək.
2. İstirahət vermək, dincəlməsinə, yorğunluğunun çıxmasına imkan vermək, şərait yaratmaq. Atları dincəltmək. |
DİNCLƏŞDİRİLMƏ (ID - 9911)“Dincləşdirilmək”dən f.is.
|
DİNCLƏŞDİRİLMƏK (ID - 9912)məch. Dincə qoyulmaq (torpaq).
|
DİNCLƏŞDİRMƏ (ID - 9913)“Dincləşdirmək”dən f.is.
|
DİNCLƏŞDİRMƏK (ID - 9914)f Dincə qoymaq (torpaq).
|
DİNCLƏŞMƏ (ID - 9915)“Dincləşmək”dən f.is.
|
DİNCLƏŞMƏK (ID - 9916)f Sakit olmaq, dinc bir vəziyyət almaq.
|
DİNCLİK (ID - 9917)is. 1. Rahatlıq, sakitlik, istirahət. Mənə alın tərimlə qismət oldu dincliyim. S.Rüstəm. Bəli, Şamama dincliyi, rahat oturmağı başqa cürə başa düşən adamdı. Ə.Əbülhəsən.
□ Dinclik bilməmək - istirahət etməmək, rahatlıq... |
DİNÇİ (ID - 9918)is. Allahın varlığına inanan və mənsub olduğu dinin ehkamlarına ciddi surətdə əməl edən adam; mömin. Kəndlilər hər şeydən artıq dinçi idilər. M.S.Ordubadi.
|
DİNÇİLİK (ID - 9919)is. Allaha və dinə inanma, dini ehkamları yerinə yetirmə.
|
DİNDAR (ID - 9920)[ər. din və fars. ...dar] b ax dinçi. Dindar adam. - Dindar olanın halı pərişan gərək olsun; Əfsürdə dili, bisərü saman gərək olsun. Ə.Qəmküsar. Mehriban dindar, əski bir müsəlman ailəsinin tərbiyə edib yetişdirdiyi bir qızdı....
|
DİNDARCASINA (ID - 9921)zərf Dindar adam kimi, mömincəsinə.
|
DİNDARLIQ (ID - 9922)bax dinçilik.
|
DİNDAŞ (ID - 9923)is. Eyni dinə mənsub adamlardan hər biri; başqası ilə bir dində olan (adam). Sarı Çobanoğlu, gözəl dindaşım; Nə çəkərsən sən dərd-sər, ağlarsan. M.V.Vidadi. Görməyirsənmi bu biçarə vətəndaşlarını; Bacı-qardaşlarını,...
|
DİNDAŞLIQ (ID - 9924)is. Eyni bir dinə mənsub olma.
|
DİNDİRİLMƏ (ID - 9925)“Dindirilmək”dən f.is. Şahidlərin dindirilməsi.
|
DİNDİRİLMƏK (ID - 9926)məch. İfadə alınmaq, sorğu-sual edilmək, istintaq edilmək (olunmaq). Müttəhim dindirilmişdir.
|
DİNDİRİŞ (ID - 9927)is. Dindirmə, sorğu-sual, istintaq.
|
DİNDİRMƏ (ID - 9928)“Dindirmək”dən f.is.
|
DİNDİRMƏK (ID - 9929)f 1. Danışdırmaq, söylətmək. Yarı xəlvətdə gördüm; Dindirmədim doyunca. (Bayatı).
// məc. Əzizləmək, oxşamaq. Yerlərdə süründün, yetişər, göylərə qaldır; Dindir qucağında. H.Cavid. Ürkək baxışlarınla ruhumu dindirəydin;... |
DİNG (ID - 9930)is. Çəltiyi döyüb dənlərini qabığından çıxarmaq üçün qurğu. Su dingi. Ayaq dingi. Ding döymək. Dingi işlətmək. Əl dingi (həvəngdəstə). - Şöhrətim var, işləyir dingim, dəyirmanım mənim. Ə.Nəzmi.
|
DİNGƏ1 (ID - 9931)is. məh. 1. Hündür yer.
Söhbət, istirahət üçün camaatın toplandığı yer. |
DİNGƏ2 (ID - 9932)is. məh. Qadın baş geyimi.
|
DİNGİ (ID - 9933)is. bot. Şitil, qələm.
|
DİNİ (ID - 9934)sif. [ər.] Dinlə əlaqədar olan, dinə aid olan. Dini ayinlər, adətlər. Dini əfsanələr.
|
DİNİB-DANIŞMAQ (ID - 9935)1. Bax dinmək 1-ci mənada. Zınqırovlu faytonda heç kəs dinibdanışmırdı.. S.Rəhimov. [İskəndər] dinibdanışmırdı. M.Hüseyn.
İnkar şəklində: dinib-danışmamaq - susmaq, danışmamaq, heç bir söz deməmək, sükut etmək. Niyə... |
DİN-İMAN (ID - 9936)is. Din, məzhəb, etiqad. Dini-imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. Unutmur Ayişə bir an Osmanı; Bağlıdır Osmana dini-imanı. H.K.Sanılı.
// məc. Ən müqəddəs, ən əziz şey haqqında. Koroğlunun din-imanı; Eyvaz,... |
DİNİŞ (ID - 9937)is. Şalban kimi işlədilən qalın taxta.
|
DİNMƏK (ID - 9938)f 1. Danışmaq, söz söyləmək. Hə adam istəyir hirsini yesin, dinməsin, insanı özbaşına qoymurlar, dindirirlər. C.Məmmədquluzadə. Bala fərəhləndi, ana sevindi; Gah Gülər danışdı, gah Rəna dindi. M.Rahim.
Səslənmək, eşidilmək.... |
DİNMƏMƏZLİK (ID - 9939)is. Dinməmə, danışmama, susma.
|
DİNPƏRƏST (ID - 9940)sif. və is. [ər. din və fars. ...pərəst] köhn. bax dinçi.
|
DİNPƏRƏSTLİK (ID - 9941)b a x dinçilik.
|
DİNPƏRVƏR (ID - 9942)sif. [ər. din və fars. ...pərvər] bax dinpərəst.
|
DİNPƏRVƏRLİK (ID - 9943)bax dinpərəstlik.
|
DİNSİZ (ID - 9944)sif. və is. 1. Heç bir dinə inanmayan; ateist. [Şeyx Sənan:] Dəlilik başqa bir fəzilətdir; Dinsiz olmaq da bir təriqətdir. H.Cavid.
2. məc. zar. Qəddar, mərhəmətsiz, insafsız adam haqqında. Dinsizin öhdəsindən imansız gələr.... |
DİNSİZLİK (ID - 9945)is. Heç bir dinə inanmama, heç bir dinə mənsub olmama, dinləri rədd etmə; ateistlik. Dinsizlik ilə kəsb olunan bir mədəniyyət; Vəhşiyyətin ən qorxulu səhrası deyilmi?! M.Ə.Sabir.
|
Bu səhifə dəfə baxılıb