İzahlı lüğət

DİNDİRMƏK

f 1. Danışdırmaq, söylətmək. Yarı xəlvətdə gördüm; Dindirmədim doyunca. (Bayatı).
// məc. Əzizləmək, oxşamaq. Yerlərdə süründün, yetişər, göylərə qaldır; Dindir qucağında. H.Cavid. Ürkək baxışlarınla ruhumu dindirəydin; Məni sevindirəydin. M.Müşfiq.
// məc. Çalmaq, səsləndirmək.
Sonra kamançanı da birisinə verərək: - Firidun xan, al, bir bunu dindir, görüm, - dedi. M.S.Ordubadi. [Rübabə] divardan tarı alıb istəkli kimi bağrına basdı, simləri dindirdi. Mir Cəlal.
// İnkar şəklində: dindirməmək - danışdırmamaq, küsülü olmaq. Çoxdandır bir-birlərini dindirmirlər. - Xatırında varmı, hərdən küsüşüb; Deyərdin: - Danışma, dindirmə məni? R.Rza.
2. Bir işi aydınlaşdırıb müəyyənləşdirmək üçün danışdırmaq, sorğu-sual etmək, istintaq etmək. Məhkəmədə bu gün şahidləri dindirəcəklər. - Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed