
DİNMƏKf 1. Danışmaq, söz söyləmək. Hə adam istəyir hirsini yesin, dinməsin, insanı özbaşına qoymurlar, dindirirlər. C.Məmmədquluzadə. Bala fərəhləndi, ana sevindi; Gah Gülər danışdı, gah Rəna dindi. M.Rahim.
Səslənmək, eşidilmək. O, indi düşünür həyata dair; Dinir qulağında topların səsi. S.Vurğun. Toplarımız dinən zaman sular olur lal. Ə.Cəmil. Acıqlanmaq, söz demək, kefinə dəymək. Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan! M.Ə.Sabir. Paylaşın - Hamı bilsin
|