
DİNCLİKis. 1. Rahatlıq, sakitlik, istirahət. Mənə alın tərimlə qismət oldu dincliyim. S.Rüstəm. Bəli, Şamama dincliyi, rahat oturmağı başqa cürə başa düşən adamdı. Ə.Əbülhəsən.
□ Dinclik bilməmək - istirahət etməmək, rahatlıq bilməmək, daim çalışmaq, işləmək, fəaliyyətdə olmaq. Dinclik verməmək - rahat qoymamaq, daim narahat etmək, dinc qoymamaq. ..Məcid [Ninaya] dinclik vermirdi. M.S.Ordubadi. Dincliyi tutmamaq - işsiz, fəaliyyətsiz, hərəkətsiz dura bilməmək, rahatlıq bilməmək. 2. Asayiş, əmin-amanlıq, arxayınlıq; sakit, dinc vəziyyət. Məmləkətin hüdudlarında dinclik hökm sürməyə başlamışdı. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|