
DİNDAŞis. Eyni dinə mənsub adamlardan hər biri; başqası ilə bir dində olan (adam). Sarı Çobanoğlu, gözəl dindaşım; Nə çəkərsən sən dərd-sər, ağlarsan. M.V.Vidadi. Görməyirsənmi bu biçarə vətəndaşlarını; Bacı-qardaşlarını, sevgili dindaşlarını? Səhhət. Pulu ancaq yaraşır çinləyəsən sənduqə; Nə ki xərc eyləyəsən millətə, dindaşə, ətə. M.Ə.Sabir.
Paylaşın - Hamı bilsin
|