DAVA-DƏRMANis. [ər. dəva və fars. dərman] Dərman. [Cəvahir xanım:] İndi, elə bu saat Əşrəf dava-dərman gətirəcək. N.Vəzirov. [Həkim:] Dava-dərman yazmaq istədikdə [qızın] atası qolumdan tutub eşiyə tərəf çəkdi. Mir Cəlal.
□ Dava-dərman etmək (etdirmək eləmək elətdirmək) müalicə etmək (etdirmək). Nə qədər Usta Cəfərə dava-dərman elətdirdim, başa gəlmədi. C.Məmmədquluzadə. Dava-dərman olmaq - müalicə olunmaq. Gərək bu tezliklə sənə dava-dərman olsun, qoca! S.Rəhimov. Paylaşın - Hamı bilsin
|