DAYIis. 1. Ananın qardaşı.
Qoca və ya yaşlı kişiyə müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir. [Əsəd bəy:] Hayıf hayıf Dursun dayı, qocaldın. C.Cabbarlı. Məni qəmgin görsə əgər; Düşmən gülər, dost qəm yeyər; Qızlar baxıb "dayı ” deyər; Ağarma, saçım, ağarma! M.Araz. // Bəzən kinayə və ya istehza ilə deyilir. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir. məc. dan. Öz hüququndan sui-istifadə edərək birisinə qeyri-qanuni kömək edən, himayəsi altına alan adam haqqında (adətən mənfi mənada). Onun burada dayısı var. Paylaşın - Hamı bilsin
|