DİNis. [ər.] 1. Xariqüladə qüvvələrə, varlıqlara inanmağı əsas götürən, Tanrıya etiqadı və tapınmağı sistemləşdirən ictimai şüur forması. Qorxu hissi yanlış olaraq dinin meydana gəlməsinin səbəbi sayılırdı. Din bəşəriyyət tarixinə hakim olan ən böyük qüvvətdir. Fəlsəfənin də, elmin də qaynağı dindir.
2. Həmin inam və etiqadları ayin və mərasimlər şəklində özündə toplayan dünyagörüşü, davranış və spesifik fəaliyyət. İslam dini. Xristian dini. Budda dini. Dini ayinlər. □□ Dindən-dondan çıxmaq - yorulmaq, usanmaq. Paylaşın - Hamı bilsin
|