İzahlı lüğət

DİLTƏNG

sif. [fars.] köhn. Ürəyi sıxılmış, könlü daralmış, kədərli, qəmgin, məyus.
□ Diltəng etmək - ürəyini sıxmaq, kədərləndirmək, təngə gətirmək. Dinməz və söyləməz oturmağımız məni diltəng etdiyinə görə [dərvişlə] söhbət başlamaq qəsdi ilə sordum. A.Divanbəyoğlu. Diltəng olmaq ürəyi sıxılmaq, qanı qaralmaq, kədərlənmək, qəmlənmək, pərt olmaq. Mən o səbəbdən diltəng oldum ki, bu bir saatın içində doqquz manatı tapmasam, məcmuə dəxi bir gün də təxirə düşəcəkdir. C.Məmmədquluzadə. Od, tüstü içində etmişəm cəng; Heç olmamışam bu növ diltəng. A.Səhhət. Əhməd bəy bundan da diltəng olub, həmişəlik xanənişin olub altıyeddi sənə evindən çıxmadı. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed