DÜNƏNis. Bu gündən əvvəlki gün, keçən gün, irəliki gün. Dünən hava yaxşı idi. Dünən axşam. - Dünən öləni dünən basdırdılar. (Ata. sözü). Rəfiqəmiz dünən bir vacib işdən ötrü gəlmişdi idarəmizə.. C.Məmmədquluzadə. Hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdi. İ.Əfəndiyev.
// Yaxın, ya uzaq keçmiş. Bunlar hamısı dünənə aiddir. // Zərf mənasında. Dünən gəlmişəm. Məzuniyyətim dünən qurtardı. Paylaşın - Hamı bilsin
|