İzahlı lüğət

DÜNƏNKİ

sif. Dünən olmuş, bir gün əvvəl vaqe olmuş, baş vermiş. Dünənki yağış. Dünənki hadisə. Dünənki iclas uzun çəkdi.
Dünənki gün də gün idi, bu gün də bir gündür. S.Ə.Şirvani. [Muzdurun] nitqi kəsildi, ay aman, olmaya ki, dünənki çamadan əhvalatıdır. S.M.Qənizadə.
// Yaxın, ya uzaq keçmişdəki, əvvəlki, olub bitmiş. Bu, dünənki məsələdir. Dünənki işləri yada salma.
Dünənki boz çöllərdə; Axar zümrüd kimi su. M.Seyidzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed