DALAMAQf. 1. Ətə toxunub gicitmək, yandırmaq. Gicitkən əlimi daladı. Yun corab ayağımı dalayır. - Atanın üzündəki neştər kimi tüklər balacanın üzünü daladığı üçün yuxudan ayıldı. Ə.Vəliyev.
Qapmaq, dişləmək (quduz heyvanlar haqqında). Quduz canavar kimi dalamaq. - Qurdumuz quduzdur, dalar; Şahinimiz durna ovlar. “Koroğlu”. Bir qaydadır, qaçaq-quldur otlaqları talayır; Quduz itlər ötüb-keçən yolçuları dalayır. O.Sarıvəlli. Sancmaq. Taxtabiti dalayır. məc. Acı söz söyləmək, sancmaq, acıtmaq (bəzən “qudurmuş it kimi” sözləri ilə). [Hacı Fərəc:] Sən bilmirsən, Güldəstə, o arvad qudurmuş it kimi məni dalayır. N.Vəzirov. □□ Yan-yörəsini dalamaq - hamını sancmaq, acılamaq, söymək, təhqir etmək. [Mollabacı Hürzada:] Paxıllıqdan qudurmuş itə dönüb yan-yörəni dalayırsan. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|