
DƏRMANSIZsif. Çarəsiz, əlacsız, davası olmayan, sağalmaz. Dərmansız dərd. - Çəkməyən eşqin bəlasın, görməyən hicran qəmin; Dərdi dərmansızdır anın, çarə yox dərmanına. Nəsimi. Dil necə ağlayıb çəkməsin zarı, Hər gün artar bir dərmansız azarı. Ə.Vahid.
Paylaşın - Hamı bilsin
|