İzahlı lüğət

DOĞRAMAQ

f. 1. Doğrayıcı, kəsici alətlə bir şeyi xırda-xırda kəsmək, parça-parça kəsmək; parçalayıb, sındırıb kiçik-kiçik hissələrə ayırmaq. Odun doğramaq. Qənd doğramaq. - ..Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı iti bıçaq kimidir. Çünki əti doğramaq, yəni kəsmək ilə xırdalamaq olur. H.Zərdabi.
// Bir boyda, bir ölçüdə kəsmək. Aslanov hələ çörək doğramamış, şorbadan bir-iki qaşıq içib dadına baxdı. M.Hüseyn.
// Ağzı iti bir kəsərti və ya alətlə bir şeyi kəsik-kəsik etmək, tikə-tikə etmək, parçalamaq. [Fərhad] kəlbətini kəmərindən çıxarıb məftilləri doğramağa başladı. Ə.Vəliyev.
// məc. Para-para etmək. Doğradı qəmzən xədəngi bağrımı, qan eylədi. Nəsimi. Doğrayacaq səsim dağda dumanı; Dinləyəcək məni dağın çobanı. Ə.Cavad. [Etibarın] göz yaşları Dilaranın həssas ana qəlbini tikə-tikə doğradı. M.İbrahimov.
Bölmələrə, arakəsmələrə ayırmaq. Taxtanı bölmələrə doğramaq.
məc. dan. Laf vurmaq, yalandan vədə vermək mənasında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed