İzahlı lüğət

DOĞMAQ

f 1. Dünyaya bala gətirmək; balalamaq. Uşaq doğmaq. Bala doğmaq.
Sənin kimi oğlanı; Analar tək-tək doğar. (Bayatı). ..Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəy də gəldi İrəvana. C.Məmmədquluzadə. Bir il sonra Zeynəb bir oğlan doğdu. M.İbrahimov.
məc. Çıxmaq, görünmək, tülu etmək (göy cisimləri haqqında). Ay doğdu, işıq verdi; Yara yaraşıq verdi. (Bayatı). Səhər oldu, ay gizləndi, gün doğdu. Q.Zakir. [Dursun:] Səlimqızı, bildirçinlər səhər günəş doğarkən, axşam günəş batarkən oxuyurlar. C.Cabbarlı. Bu gecə doğmuş həqiqət günəşi; Parlamış üzlərə zəhmət günəşi. M.Müşfiq.
Meydana çıxmaq, ortaya çıxmaq, əmələ gəlmək, törəmək, irəli gəlmək, nəşət etmək, hasil olmaq. Qələm tez-tez qələmdandakı davata batırılıb kağızın üzərində dola
şır, sətir-sətir dalınca doğur, qəmli şairin ürəyini yüngülləşdirirdi. Çəmənzəminli.
köhn. Doğulmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed