
DOĞRAMA1. “Doğramaq”dan f.is.
is. İçinə çörək doğranmış süd, qatıq və ya ayrandan hazırlanan duru yemək. Qatıq doğraması. - Çoban İbrahim Əjdərə çox hörmət eləyib, süd sağıb ona süd doğraması verdi. (Nağıl). De görüm, sən darı cadını ayrana doğrayıb yeyəndə, ağa da bir qaşıq götürüb səninlə o doğramadan yeyəcəkdirmi? Ə.Haqverdiyev. sif. Bir boyda, bir ölçüdə, bir bərabərdə bölünmüş (kəsilmiş, doğranmış). Doğrama tənbəki. // is. Xırda-xırda, bir boyda doğranmış taxta və s. Paylaşın - Hamı bilsin
|