
DİLAVİZsif. [fars.] klas. Ürəyi cəlb edən, ürəyə yapışan, ruhu oxşayan, xoşagələn. Buxağı bərgi-gül, zülfü dilaviz; Dəhanı mirvarid xəzinəsidir. Ə.Nəbati. Nə qədər şairin təbi səlim, zehini açıq .. olsa, bir o qədər onun qələmi(ndən) vücuda gələn nəqşlər və təsvirlər [gözəl] və dilaviz olacaqdır. F.Köçərli. Xəfif bir külək arabir dilaviz rayihəsi ilə insanın ürəyini oxşayırdı. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|