
DİQQƏTLİsif. 1. Hər işində dəqiq və səliqəli olan, səhv və nöqsana yol verməməyə çalışan, diqqət, səy və qeyrət göstərən. Diqqətli adam. Diqqətli şagird. Diqqətli müşahidəçi. Diqqətli usta. - Sarxan .. çox diqqətli (z.) və olduqca sayıq davranırdı. M.Hüseyn. O, qızının sağalmasını həkimin diqqətli müalicəsində görürdü. Ə.Abasov.
Diqqətlə görülmüş; yaxşı, səliqəli. Diqqətli iş. Diqqətli yazı. Qayğı ilə yanaşan; həssas. O öz yoldaşlarına qarşı çox həssas və diqqətlidir. Ehtiyatlı. Dənizdə çimərkən diqqətli (z.) olmalı! Paylaşın - Hamı bilsin
|