
DİDİK-DİDİKsif. Çox didilmiş, hər yeri didilmiş, çox xırdalanmış, tikə-tikə qoparılmış, çox yırtılmış. Didik-didik quyruq. Didik-didik parça.
□ Didik-didik edilmiş bax didiklənmiş. Ortalıqda didik-didik edilmiş soyutma toyuq əti vardı. Ə.Əbülhəsən. Didik-didik etmək (eləmək) - didilmiş hala salmaq. Pişik bir tərəfdən, göyərçin bir tərəfdən qarını didik-didik elədilər. (Nağıl). Zamanın bədənini quşlar didik-didik edib qan ilə əlvan etdilər. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|