.....i_l_by_id_with_comments
DÖŞƏNMİŞ1. “Döşənmək”dən (1 və 2-ci mənalarda) f.sif. Orada çocuğun uzanmış olduğu yatacaqdan və yerə döşənmiş cırıqcırıq parça palazlardan başqa artıq bir şey gözə çarpmırdı. T.Ş.Simurq. Qadir .. yastı daş döşənmiş həyətə çıxaraq əzazil Əminənin əmrini yerbəyerli icra etməyə başladı. Ə.Əbülhəsən.
2. sif. Örtülmüş. İri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq. Paylaşın - Hamı bilsin
|