
DÖŞÜRMƏKf. Toplamaq, cəm etmək, yığmaq, yığışdırmaq. Dərviş Məstəlişah cəld taxta parçaları döşürüb, töküb xurcuna, atır çiyninə, girir yükün qabağından asılan pərdənin dalısına, gizlənir. M.F.Axundzadə. Şərqli uşaqlar .. qapı-bacanızda konserv qutuları, papiros kötükləri döşürmək istəməyir. O.Sarıvəlli.
// Yığmaq, dərmək, dərib toplamaq. Bir tərəfdən də qadınlar, çocuqlar otların arasından çiyələk döşürüb orada-burada qurumuş otlardan qotman vururlar. A.Şaiq. Sadə biyanlardan döşürüb dərdik. S.Vurğun. Adam var dolanar səhranı, düzü; Adam var döşürər gülü, nərgizi. Aşıq Abbas. Paylaşın - Hamı bilsin
|