İzahlı lüğət

DÖŞƏNMƏK

1. məch. Sərilmək, salınmaq, üstünə salınmaq. Rəxtxabı döşəndi, yatdı hərif; Günbəgündən vücudu oldu zəif.S.Ə.Şirvani. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Çəmənzəminli. Döşəndi süfrə yerə, xonçeyi-pilov gəldi; Qarınlar oldu çırağan o dadlı nemətlə. M.Möcüz. Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq.
t-siz. Sərələnmək, yerə sərilmək, yayılmaq, uzanmaq. [Qivami:] Nizami özgə vaxt bu ağacın kölgəsinə döşənib axşama kimi yazardı.. M.Hüseyn.
// Torpağa (ayağına) düşüb yalvarmaq. Mən aşıq, ağla barı; Gözlərim, ağla barı! Ayrılıq yəqin oldu; Yar, döşən, ağla barı. Sarı Aşıq.
t-li. dan. “Üstə”, “üstünə” sözləri ilə -acgözlüklə, iştaha ilə yeməyə başlamaq. Molla, hərçibadəbad deyib, girir dükana, bir tərəfdən döşənir halvanın üstünə. “M.N.lətif.”. [Şahqulu:] Düyü əldə, yağ əldə, ağaları ver yuxuya döşən plov üstə. N.Vəzirov.
t-siz. dan. Qaçmaq, getmək, yüyürmək mənasında. Adamlar piyada, ceyranın dalından döşəndilər. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed