
DARTIis. 1. Dartma, çəkmə; çəkib aparma.
□ Dartı qüvvəsi - 1) heyvanın bir şeyi dartıb çəkmə, çəkib aparma qabiliyyəti, bacarığı, gücü. Atın dartı qüvvəsi onun çəkisinin təxminən ]#/9-nə bərabərdir; 2) yük heyvanı, qoşqu heyvanı. dan. Çəki, vəzn, ağırlıq. Bu şeyin dartısı 5 kiloqramdan çox olmaz. dan. Üyütmə qabiliyyəti. Bu dəyirmanın dartısı o qədər yaxşı deyil. dan. Qolac, ölçü. Bir dartı qədər ip. Paylaşın - Hamı bilsin
|