
DARTIŞDIRMAQf 1. Hərə bir yana dartmaq, tutub, yapışıb çəkmək, hər tərəfdən dartmaq, çəkişdirmək. Kəndin bir sürü itləri tökülüb üstümə, başladılar məni dartışdırmağa. Ə.Haqverdiyev.
// Dartmaq. Şəhərin günbatan tərəfindən yerin bağrını yarmış çay qoz ağaclarının qarımış köklərini dartışdırdı. S.Rəhimov. məc. dan. Sorğu-suala tutmaq, çəkişdirmək. ..Bilirəm, arvadın qohum-əqrəbası başıma yığılıb necə dartışdıracaqlar?! Mir Cəlal. Paylaşın - Hamı bilsin
|