
DARÜLFÜNUNis. [ər.] Universitet. ..Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. Ə.Haqverdiyev. Student özünə müvafiq bir ömür sürməkdə idi: səhər darülfünuna, günorta aşxanaya gedər, axşam da dərsləri ilə məşğul olar. Çəmənzəminli. Firidun darülfünundan çıxıb evə qayıtdıqda qoca arvad Kürd Əhmədin onu gözlədiyini xəbər verdi. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|