DÖŞƏKis. Davamlı parçadan hazırlanmış və üzərində yatmaq üçün içərisi yun, pambıq və s. yumşaq şeylə doldurulmuş uzun yastı kisə. [Dərviş:] ..Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi. A.Divanbəyoğlu.
// Döşəkcə. [Xudayar bəy] çox təəccüb elədi ki, haman gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. C.Məmmədquluzadə. Arvad kişini götürüb pəncərənin qabağında döşəyin üstə oturtdu. Çəmənzəminli. [Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı. Ə.Sadıq. □□ Döşəkdə yatmaq məc. - xəstə olmaq, xəstələnmək. İmamverdi baba döşəkdə yatırdı, azardan çox zəif düşmüşdü. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|