İzahlı lüğət

DIRMALAMAQ

f. 1. Qazımaq, cırmaqlamaq. [Pələng] də məni görmüşdü, pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. Kamal elə bir həyəcanla çığırdı ki, elə bil qaraquş indicə caynaqları ilə onun üz-gözünü dırmalayacaqdı. M.Rzaquluzadə.
məc. Qıcıqlandırmaq, əziyyət vermək, pis təsir etmək (bu mənada adətən “qulağı”, “qəlbi” və s. sözlərlə işlənir). İnan ki, bir acı söz, bir baxış, bir incə gülüş; Kədərli, sıtmalı bir qəlbi dırmalar, yaralar. H.Cavid. Gözəlliksiz bir sənətin nə duyğusu, nə canı var; O dırmalar qulaqları, balta kimi odun yarar. S.Vurğun. Gözümün nurudur qoçaq adamlar; Ruhumu dırmalar şıltaq adamlar. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed