DƏNLƏMƏKf 1. Dənli yemləri bir-bir dimdiklə götürüb yemək (quşlar haqqında). Toyuqlar darını dənlədilər.
Meyvəni ağacdan bir-bir qoparıb toplamaq, yığmaq, dərmək. Meyvələri dənləmək. Arıtlamaq, təmizləmək, irini xırdadan, yaxşını pisdən ayırmaq. Buğdanı dənləmək. Düyünü dənləmək. məc. Bir-bir qırmaq, öldürmək, tələf etmək, ortadan qaldırmaq. Elə, başçıları qırıb dənləsək; Qorxudan çəkilər yerdə qalanlar. S.Vurğun. İlyas sərrast atəşlə [düşmən] zabitlərini bir-bir dənləyirdi. Mir Cəlal. Bizim avtomatçıların atəşi [faşistləri] bircəbircə dənləyirdi. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|