
DƏRBƏNDis. [fars.] 1. köhn. Dağlarda dar keçid, dağ keçidi; dərə.
İranda dar küçə. Onlar axşam saat ona iyirmi beş dəqiqə qalmış Qaraçılar dərbəndində olur. M.S.Ordubadi. Təbrizdə Müctəhid dərbəndinə getmək istəyən adam əvvəlcə böyük bir darvazaya rast gəlir. P.Makulu. □□ Dərbənd olmaq - meyl etmək, can atmaq, bənd olmaq. Üçyaşar at açılan kimi, nə südə dərbənd oldu, nə də yoncaya, düz özün atdı arpanın üstünə. (Nağıl). Paylaşın - Hamı bilsin
|