DƏRC[ər.]: dərc edilmək (olunmaq) -
qəzetdə, ya məcmuədə çap edilmək (olunmaq). Qəzetdə Fərman haqqında bir məqalə dərc olunmuşdu. Ə.Sadıq. Dərc etdirmək qəzetdə, ya məcmuədə çap etdirmək. Məqaləni qəzetdə dərc etdirdi. Dərc etmək qəzetdə, ya məcmuədə çap etmək. “Kəşkül” “Əkinçi”nin yolunu davam etdirərək, öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr dərc edirdi. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|