
DƏRDƏCƏRsif. Azarlı, dərdli, xəstə, nasaz, zəif. Dərdəcər adam. Dərdəcər uşaq.
Dərdəcər olmaq - dərdə düşmək, azara düşmək. Mehdi tutulandan sonra Nəbi ya dərdəcər olub öləcək, ya da üzə çıxacaqdır. “Qaçaq Nəbi”. [Hacı Qara:] Durub gedim evə, tədarükümü görüm, .. yoxsa qüssədən dərdəcər ollam. M.F.Axundzadə. [Cənnətəli:] Vallah, az qalmışam dərdəcər olum. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|