
DƏLƏDUZis. Fırıldaqçı, adamaldadan, hiyləgər, bic. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Ə.Haqverdiyev. Bəlkə, deyirdim, kağızı bir dələduza oxutmuşdur, arvadı dolayıb qızışdırmışdır. Mir Cəlal.
// Sif. mənasında. [Şamama Cadu:] Amma dələduz nökərlə arası yoxdur. Ə.Haqverdiyev. Biz o cür dələduz adamların gərək tamam nəslini dəyer üzündən kəsək. M.S.Ordubadi. // Söyüş mənasında. [İsmayıl bəy:] O elə bir dələduzdur ki, yer üzündə bərabəri yox. N.Vəzirov. Yaxşı, ay dələduz! Bir danış görək; Neçəyə satmısan yox vicdanını? S.Vurğun. Paylaşın - Hamı bilsin
|