İzahlı lüğət

DƏLİ

1. sif. Ağlı və şüuru yerində olmayan, ruhi xəstə; divanə. Dəli arvad.
// İs. mənasında. Dəlilərə məxsus xəstəxana. -Dedim: - Bir nəzər qıl, aşiq, halına; Dedi:
Əcəb dəli, divanədir bu! Qurbani.
□ Dəli etmək (eləmək, qılmaq) - 1) ağlını başından almaq, ağıl və şüurunu itirməsinə səbəb olmaq, divanə etmək. Hüsnün dəli qıldı mehrü mahı. Nəsimi. Qurbani der: bəsdir məni puç etdin; Aldın əqlim əldən, dəli, gic etdin. Qurbani; 2) məc. hirsləndirmək, cinləndirmək, coşdurmaq, özündən çıxartmaq. Dəli olmaq - 1) ağıl və şüurunu itirmək. Oğlunun yerini demədiyinə görə döyülmüş bu ananı dəli olduğu üçün həbsxanadan buraxmışdılar. Ə.Abasov; 2) məc. özündən çıxmaq, qızmaq, hirslənmək, bərk əsəbiləşmək, coşmaq, azğınlaşmaq. Teymur kağıza baxan kimi dəli olur. “M.N.lətif.”.
is. Gic, axmaq, sarsaq, ağılsız, öz danışığını və hərəkətini bilməyən adam. [Səfər:] Mənə dəli deyirlər, amma məndən dəliləri çoxdur. C.Cabbarlı. [Xudayar bəy:] ..O arvad o qədər dəlidir ki, o qədər huşsuzdur ki, qorxuram ki, lap dana. C.Məmmədquluzadə.
sif. məc. Azğın, coşqun, hiddətli, şiddətli, önüalınmaz. Dəli külək əsir. - Dəryada da qorxunc, dəli bir fırtına vardı. S.Vurğun. Dəli dalğaların döş gərə-gərə; Kükrəyib sıçrayır uca göylərə. R.Rza.
is. məc. “Dəlisi” şəklində - bir şeyin düşkünü, mübtəlası, bir şeyə həddindən artıq məhəbbət və həvəs göstərən adam, bir şeyin aludəsi; vurğun. Kitab dəlisi. Teatr dəlisi. Futbol dəlisi. - Kimdir mənim kimi ellər dəlisi? Hər kimsənin öz boynunda karı var.. Q.Zakir.
sif. məc. Folklorda: dəlicəsinə qoçaq, igid, qəhrəman. Dəli Kərəm. Dəli Alı. - Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb .. adamlarına baxdı, hündürdən bir şaqqa çəkib güldü. “Koroğlu”.
// İs. mənasında (adətən cəm şəklində). Koroğlunun dəliləri.
Dəlilər çaxnaşıb bir-birinə dəydilər. “Koroğlu”.
sif. məc. Ürkək, oynaq. Düşdü yenə dəli könül gözlərinin xəyalinə. Nəsimi. Ey ağalar, bir nigarın oduna; Dəli könül yanayana düşübdür. M.V.Vidadi.
□□ Dəli şeytan deyir... - bir işi görməkdə tərəddüd bildirir.
dəli... Bəzi mürəkkəb (adətən yabanı) bitki adlarının birinci tərkib hissəsi; məs.: dəlibəng, dəliböyürtkən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed