DƏXİLis. [ər.] köhn. Sığınan, himayə axtaran, kömək istəyən.
□ Dəxil düşmək (bəzən “qapma”, “qapısma” sözü ilə) - sığınmaq, himayə istəmək, kömək istəmək. [Azarlılar:] Hacı əmi! Qapına dəxil düşmüşük, şeyx cənablarından bizə bir çarə. C.Məmmədquluzadə. Şübhəsizdir ki, ona ləqəbi sərdar Rəşidin dəxil düşməsi ilə Hacı Səməd xan vermişdi. M.S.Ordubadi. Dəxil olmaq - b ax dəxil düşmək. Dedi: - Oldun xilas düşməndən; Mənə gəldin, dəxil oldun sən. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|