
DARAMAQf 1. Daraqla tükləri bir-birindən ayırıb nizama salmaq. Başını daramaq. - [Qərənfil] ikinci mərtəbədə bədənnüma güzgünün qabağında durub .. saçlarını darayırdı. M.Hüseyn. Bahardır, gəl çıxaq düzə, sevgilim! Dara saçlarını, bəzə, sevgilim! M.Rahim.
Daraqdan keçirmək, daraqlayıb təmizləmək. [Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı. Ə.Sadıq. Ot, saman və s.-ni şana və ya dırmıqla yığmaq, toplamaq; dırmıqlamaq. Əldə biçinçi darağı sərbəsər; Ot darayırlar qarılar hər tərəf A.Səhhət. Ağacın, kolun və s.-nin lazımsız budaqlarını kəsmək. Darayıb, su verib calaqlamısan; Şaxtadan qışda yaxşı saxlamısan. A.Səhhət. Paylaşın - Hamı bilsin
|