DAR1sif 1. Ensiz (enli ziddi). Dar küçə. Dar yol. Dar keçid. Dar dərə. - Küçə dar olmağına görə ulaq güc ilə keçirdi. Çəmənzəminli. Diyar kişi dar bir cığırla sola tərəf buruldu. Ə.Məmmədxanlı.
□ Dar dəmir yolu - yaxın məsafələrə çəkilən və yerli əhəmiyyəti olan, relsləri bir-birinə yaxın dəmir yolu. Bütün mədənlərə tramvay və dar dəmir yolu çəkilmişdir. Çox sıx, sıxıcı, tarım. Dar köynək. Dar şalvar. Dar ayaqqabı. Kiçik, balaca. Biri deyir: - Azca dardır yerimiz; Nə olsun, genişdir ürəklərimiz. M.Rahim. Əslinə baxsan, bu dar həyətdə nə günəşli bir yer, nə də tamaşalı bir şey vardı. Ə.Əbülhəsən. məc. Əhatəsi geniş olmayan; məhdud, birtərəfli. Dar düşüncə. Dar elmi sahə. məc. Çox az, çox məhdud, qeyri-kafi, yaxud namünasib. Vaxt çox dar idi. // Eyni mənada bəzən “bu dar vaxtı, bu dar vaxtda” tərkib şəklində işlənir. Birdən qapı döyülür, molla öz-özünə hirslənir ki, yenə görəsən kimdi bu dar vaxtı gəlib çıxdı. “M.N.lətif.” [Xanımnaz:] Bu dar vaxtı sən getmə. Qaranlıqdır, sən dayan, mən gedim. C.Cabbarlı. Ancaq indi, bu dar vaxtda söhbət açmağı lazım bilmədi. Mir Cəlal. □□ Dar ayaqda - çətin zamanda, çətin vəziyyətə düşəndə. Dar ayaqda kömək etmək. Dar ayaqda imdada çatmaq. Dar etmək (bəzən “Başına” sözü ilə) - dözülməz etmək, məşəqqətli etmək. Evi başına dar etmək. Dünyanı başına dar etmək. Dar gün - həyatın çox çətin, çox ağır, böhranlı, məhrumiyyətlərlə dolu vaxtı. Yarı görmək istəyir; Ürəyim bu dar gündə. (Bayatı). Aygün alıb çağasını bağrına basır; Analara təsəllidir dar gündə övlad. S.Vurğun. Vətənin dar günündə atıldın ön səngərə; On yara aldınsa da, uf demədin bir kərə. S.Rüstəm. Dar kəsilmək - bax dar olmaq. Bir qıy vursam, bu gün dünya düşmənlərə dar kəsilər. S.Vurğun. Dar olmaq - dözülməz olmaq. Dara düşmək - 1) maddi cəhətdən ağır vəziyyətə düşmək, sıxıntı çəkmək, yoxsul hala düşmək; 2) çətin vəziyyətə düşmək, işi çətinə düşmək. Tanrı, yaman gündə düşmüşük dara; Bizə özün kömək ol, aman, aman! “Koroğlu”. Oğul, harda dara düşsən, arxalan hünərinə; Sən ölümü bir an belə gətirmə gözlərinə. S.Vurğun. Dara qısnamaq - bərkə çəkmək, sıxışdırmaq, çətin və çıxılmaz vəziyyətə salmaq. Bəy Nabatoğlunu bərk dara qısnamış, onun gözünün ağı-qarası bircə qızını evinə qulluqçu istəyirdi. S.Rəhimov. Dara salmaq - bax dara qısnamaq. Darda qalmaq (olmaq) - çətin vəziyyətə düşmək, çətinlik çəkmək, ehtiyac içində olmaq. Qalsan da zillətdə, qalsan da darda; Bağlan azadlığa, azad zəhmətə. M.Rahim. O heç vaxt sənin darda qalmağına razı olmaz. M.Hüseyn. Dardan çıxmaq - ağır və çətin vəziyyətdən, məhrumiyyətdən qurtarmaq. Paylaşın - Hamı bilsin
|