DARALMAQf 1. Dar hala düşmək, darlaşmaq, dar olmaq, enliliyi azalmaq. Uzağa getdikcə yol daralır.
// Sıxılmaq, sıxlaşmaq, yığılmaq, kiçilmək. Ayaqqabılar daralmışdır. Köynəkyığılıb daraldı. Tükənmək. [Sona xanım:] Hövsələm daralıb, ağzıma gələni söyləyirəm.. M.F.Axundzadə. Təngişmək, sıxılmaq, təng olmaq. Acığından Qulunun bütün vücudu titrəyir, daralmış köksünə sığmayan qəlbi az qala partlayırdı. A.Şaiq. məc. Qurtarmaq üzrə olmaq; məhdudlaşmaq, qısalmaq. Sağ olun! Çən gəlir, hava qaralır; Sonra gecikərik, gün də daralır. S.Vurğun. Bax darılmaq. Nə əmrə daralmış, nə küskünəm mən; Həyatın həvəsi qalxır sinəmdən. R.Rza. Paylaşın - Hamı bilsin
|