
DAR2is. [fars.] Edama məhkum olunanları asmaq üçün dikəldilən dirək; dar ağacı. Dar ağacını da təpənin üstündə qurublar. “Koroğlu”. [Konsul:] Bu dar ağacları şahənşah hökumətinin əmri ilə qurulmuşdur. M.S.Ordubadi.
□ Dar ağacından asmaq dara çəkmək - dar ağacından asmaq yolu ilə edam etmək. Belə zaman hara, qoç iyid hara? Mərdləri çəkirlər namərdlər dara. “Koroğlu”. Xan .. deyirdi: - Üçgün qızıl quşlarıma ət verməyin; Zamanı da dara çəkin. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|