
DÜŞAXƏis. [fars.] tar. Qədim zamanlarda ölümə məhkum edilmiş adamlar üçün cəza aləti (bu alət haçalanmış ağacdan ibarət olub, cinayətkarın boynu və əlləri onun yarığına keçirilərək bərk sıxılardı). Əlbahili Dərbənd şəhərinə yetişdi, .. İbni-Nəcmi tutub məhbus [etdi] və ayaqlarına kündə və boynuna düşaxə vurub xəlifə hüzuruna göndərdi. “Dərbəndnamə”.
Paylaşın - Hamı bilsin
|