DÜRTMƏ1. “Dürtmək”dən f.is.
2. is. Əlini yumruq halına gətirərək barmaqlarının qatlanmış yeri ilə vurma. Onun qoluna bir dürtmə vurdu. - Arvad onun ürəyinə bir dürtmə vurdu. Mir Cəlal. Ərknazın gözləri yerə dikildi. Əlyarov ona yavaşcadan dürtmə vurdu. M.Hüseyn. // Ümumiyyətlə, bir şeyin ucu ilə vurmaq, itələmək. Buzovlar analarının yelininə burunları ilə dürtmə vura-vura əmirdilər. - Şaban arvadını, uşağını görən tək qollarını açıb istədi balasını bağrına bassın, amma soldat mane olub daldan bir tüfəng dürtməsi vurdu. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|