DÜSTURis. [ər.] 1. Qanun, qayda, əsas, üsul. Həmən bu düsturu öyrənib də sən; Ər oğlu ər kimi tab et bəlaya. S.Vurğun. Bəs xalqla yazıçı arasında mənəvi rabitə necə yaranır? Bu barədə düstur vermək çətindir. M.İbrahimov.
Hər cür kəmiyyətlərin, tərkiblərin, ünsürlərin və s.-nin məcmusunun (rəqəmlərlə, hərflərlə, xüsusi işarələrlə) şərti ifadəsi; formul. Riyazi düstur. Həndəsi düstur. Paylaşın - Hamı bilsin
|