
DUMANLIQis. 1. Duman içində olan, duman qaplamış yer. Qurd dumanlıq sevər. (Ata. sözü).
// Duman, duman kütləsi. Çulğamışdı hər tərəfi dumanlıq. A.Səhhət. astr. Yerdən çox-çox uzaqlarda olan və işıqlı duman ləkələri şəklində görünən ulduz sistemləri. Ulduzların dumanlıqlar adlanan və Qalaktikada tez-tez təsadüf olunan xüsusi qaz və toz hissəciklərindən əmələ gəldiyini fərz edənlər də vardır. R.Hüseynov. məc. Qarışıqlıq; qaranlıq, aydın olmayan vəziyyət. Düzdür, insan yaranmadım, baxtım belə yazılmışdır; Bu səbəbdən bağrım başı bir dumanlıq, bir də qışdır. S.Vurğun. Paylaşın - Hamı bilsin
|