
DUMANLANDIRMAQ2f. Dumanla, tüstü ilə örtmək; duman, tüstü qaldırmaq; tüstüləmək. Zərrintac xanım kreslodan üzüyuxarı dumanlandırdığı boz tüstünün içində sanki Xosrovun şirin sözlərini dinləyirdi. S.Rəhimov.
// məc. Dumanlı, anlaşılmaz hala salmaq, üstünü örtmək, pərdələmək. Qəzetdə böyük mətləbləri dumanlandıran, xırda məsələləri şişirdən yazılar da özünə yer tapırdı. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|