.....i_l_by_id_with_comments DÜYMƏLİ sözünün izahı / DÜYMƏLİ sözünün mənası

İzahlı lüğət

DÜYMƏLİ

sif. 1. Düyməsi olan, düymə ilə bağlanan, düymələnən. Düyməli köynək.
Əyricə qaşı var, ucu əyməli; Kətan köynəh geyib, köksü düyməli. Aşıq Kərəm. Gülşad göyzəmin krepsatindən yaxası düyməli, qollu, uzun don geymiş(dı). Ə.Əbülhəsən.
Düymələnmiş, düymə açmış, tumurcuqlanmış.
Ucu düymə şəklində olan; ucudüymə- Hacı Mirzə Həsən bir qutu düyməliperonu Əminüddövlənin qabağındakı mizin üstünə qoydu. P.Makulu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....