
DÜYÜNÇƏis. İçinə şey qoyulub düyünlənmiş yaylıq, parça və s.; bağlama. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. Məmmədquluzadə. İndi get, nə ayın-oyunun varsa, yığ bir düyünçəyə. N.Vəzirov. Pullara əl vurmamaq, xərcləməmək üçün düyünçəyə bağlayıb yük yerində gizlətdi. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|