
DÜYÜis. İsti iqlimdə sulu yerlərdə (xırlarda) yetişdirilən ağ rəngli dənli bitki (qabıqlı halda buna çəltik deyilir). Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. - Yağdan sonra düyü tədarükünün dalına düşürlər, çünki plov düyüsüz olmaz. C.Məmmədquluzadə. Ocağın üstündə sədri düyüsü ilə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|