DÜYMƏ1is. 1. Paltarı ilməkləmək üçün (bəzən də yaraşıq üçün) sümükdən, metaldan və ya başqa materialdan qayrılan, adətən yuvarlaq şəkildə olan şey. Yaxa düyməsi. Cib düyməsi. Şalvar düyməsi. - Əynində boz çuxa, belində kəmər; Çuxanın üstündə gümüş düymələr. B.Vahabzadə.
Qapının rəzəsi, cəftəsi, həncaməsi keçirilən başı deşik mıx. Cəftənin düyməsi çıxmışdır. Mıxın yumru təpəsi. Mıxın düyməsi sınmışdır. Qönçə, puçur, tumurcuq. Ağacın düymələri zoğ atıban yarpaq açır; Sonra əlvan çiçəyi xeyli zərifanə gəlir. R.Əfəndiyev. Düymə baglamaq - ağaclarda ilk düymələr (tumurcuqlar) əmələ gəlmək. Ağaclar düymə bağlayıb. - Təzə düymə bağlamışdı; Ağacların budaqları. M.Dilbazi. Barmaqla basmaqla elektrik xəttindəki cərəyanı qapamaq, bağlamaq və müxtəlif mexanizmləri işə salmaq üçün mütəhərrik düyməcik; knopka. Düyməni burursan; Efirdə səslər... B.Vahabzadə. Ağıllı maşınlar yaranır; Düyməsini basırsan belə maşın müəllimin. R.Rza. Paylaşın - Hamı bilsin
|