.....i_l_by_id_with_comments DÜŞVAR sözünün izahı / DÜŞVAR sözünün mənası

İzahlı lüğət

DÜŞVAR

sif. [fars.] klas. Çətin, müşkül, ağır. Ey deyən: səbr qıl, ah eyləmə yarı görcək; Mənə düşvardır ol, gər sənə asan görünür. Füzuli. Müşküldü mən kənara düşüm kuyi-yardən; Düşvardır ki, əl üzüm ol gülüzardən. X.Natəvan.
□ Düşvar olmaq - çətin olmaq. Nə təamü nə fərşü nə camə; Xəlqə düşvar olub bu həngamə. M.Ə.Sabir. ..İnsanın qədəri ilbəil artdığına, boş yerlər azaldığına görə, heyvanı saxlamaq güngündən düşvar olur. H.Zərdabi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....